Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Tovuzda keçirilən səyyar xidmətin imkanlarından 30 nəfər istifadə edib

Dövlət Miqrasiya Xidmətinin Gəncə regional miqrasiya idarəsi Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının qərərgahında vətəndaşlar, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün  səyyar xidmət təşkil edib.  

Səyyar xidmət zamanı sənədlərin qəbul edilməsi, müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələri və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinə dair arayışlar təqdim edilib.

30 nəfər səyyar xidmətin imkanlarından istifadə edib. Onlardan 1 nəfərə daimi yaşamaq üçün icazə vəsiqəsi, 13 şəxsə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi barədə arayış verilib. 2 nəfərin vətəndaşlıq mənsubiyyətinin araşdırılması, 2 nəfərin müvəqqəti yaşama icazəsi almaq üçün sənədləri qəbul edilib. 1 nəfərə vətəndaşlıq məsələləri, 1 nəfərə isə müvəqqəti yaşama icazəsi ilə bağlı tələb edilən sənədlərin siyahısı təqdim olunub.

10 şəxsin müxtəlif məzmunlu müraciətləri qanunvericiliyin tələblərinə uyğun olaraq cabvablandırılıb. 

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti