Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

“Qanunsuz miqrasiyaya qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Lənkəran regional miqrasiya idarəsi tərəfindən Masallı rayon icra hakimiyyətinin inzibati binasında rayonun inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyə üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirak ilə “Qanunsuz miqrasiyaya qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Prezident İlham Əliyevin rəhbəriliyi ilə ölkəmizdə aparılan uğurlu islahatlardan bəhs olunub, ölkədə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya prosesləri və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı məsələlərdən danışılıb. Ölkə ərazisində qanunsuz yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər barəsində İnzibati xətalar məcəlləsinə müvafiq olaraq məsuliyyət tədbirlərinin tətbiqi ilə bağlı məlumat görüş iştirakçılarının nəzərinə çatdırılıb. 

Görüşdə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqranta çevrilməmələri üçün ölkə ərazisinə daxil olduğu vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşmələri, qeydiyyatda olduqları müddətdən artıq yaşamaq istədikləri təqdirdə müvafiq əsaslar varsa ölkədə olmala müddətlərinin uzadılması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmələri, əsas olmadığı halda vaxtında ölkə ərazisini tərk emələri və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün isə müvafiq iş icazələrinin alınmasının zəruriliyi izah olunub.

Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti