newsPhoto

Cenevrədə BMT QAK-ın İcraiyyə Komitəsinin 68-ci sessiyası işə başlayıb

Oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 68-ci sessiyası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev də nümayəndə heyətinin tərkibində sessiyaya qatılıb.

Sessiyanın əsas mövzuları sırasında müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qaçqınlıq probleminin yaranmasının qarşısını almaq üçün ən yaxşı təcrübə və cavab tədbirləri, çərçivə proqramları diqqət mərkəzində olacaq.

Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində bir sıra görüşlərin və tədbirlərin keçirilməsi planlaşdırılır. Sessiya oktyabrın 6-da işinə yekun vuracaq.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur