Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti Astara və Cəlilabadda səyyar xidmət təşkil  edib

Dövlət Miqrasiya Xidməti Lənkəran regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Astara rayon Mədəniyyət Mərkəzində və Cəlilabadda Heydər Əliyev Mərkəzində  səyyar xidmət təşkil edib.

Səyyar xidmətin imkanlarından müraciət edən 29 şəxs  istifadə edib. Onlardan 19 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 3 nəfərə  vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. 7 şəxsə isə təqdim etdikləri sənədlərdə mövcud çatışmazlıqlar izah edilib, həmçinin DMX-nin funksiyalarına aid olan xidmətlərlə bağlı qanunvericiliklə tələb olunan sənədlərin siyahısı verilib.

Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti