Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

newsPhoto

Dövlət Miqrasiya Xidməti Astarada  səyyar xidmət təşkil  edib

Dövlət Miqrasiya Xidməti Lənkəran regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Astarada əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil  edib.

Regional miqrasiya idarəsindən nisbətən uzaqda yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin müraciətlərini asanlaşdırmaq, xidmət göstərilən kontingentin məmnunluğunu təmin etmək üçün təşkil edilmiş səyyar xidmətin imkanlarından müraciət edən 21 şəxs  istifadə edib. Onlardan 12 nəfərinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 1 nəfərinə  vətəndaşlıq mənsubiyyətinin  müəyyən olunması ilə bağlı arayış verilib.

8 şəxsə isə DMX-nin funksiyalarına aid olan xidmətlərlə bağlı qanunvericiliklə tələb olunan sənədlərin siyahısı təqdim olunub.

Səhifənin son yenilənmə tarixi: 10.10.2023


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti