Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti 1 yanvar 2025-ci il tarixindən bir təqvim ili ərzində 90 gün müəyyən edilmişdir.

İl ərzində ölkədə 90 gündən artıq olmaq və ya yaşamaq istəyən Rusiya Federasiyası vətəndaşları və Rusiya Federasiyasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər müvəqqəti olma müddətləri bitənədək qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə, bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.

Cari təqvim ili ərzində ölkə ərazisində istifadə edilməmiş müvəqqəti olma müddətini buradan yoxlaya bilərsiniz.

Qeyd: Cari təqvim ili ərzində ölkəyə bir neçə dəfə səfər etdiyiniz təqdirdə “əlavə et” düyməsini sıxaraq növbəti giriş və çıxış tarixlərinizi ardıcıllıqla əlavə etməyiniz vacibdir. Təqvim ili ərzində ölkəyə bütün səfərləriniz barədə məlumatı əlavə etdikdən sonra “hesabla” düyməsini sıxmalısınız. Nəzərinizə çatdırırıq ki, bu kalkulyator vasitəsilə tərəfinizdən daxil edilmiş məlumatlara uyğun nəticə əldə edirsiniz.

Səhifənin son yenilənmə tarixi: 03.04.2025


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti