AZ EN RU
logo Aliyev
2018-ci ilin noyabr ayı üzrə statistik məlumatlar

   Qanuni miqrasiya

  • Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı müraciətləri – 49663
  • Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması)  ilə bağlı müraciətləri – 3854   
  • Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin   müəyyənləşdirilməsi ilə bağlı müraciətləri - 1861

Qeyri-qanuni miqrasiya

Azərbaycan Respublikasının miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayı - 1232

  • İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla bağlı qəbul edilmiş qərarların sayı– 726

Tətbiq olunan cəriməni ödəməklə ölkə ərazisini tərk etmələri barədə- 509

                 Ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədə - 217

  • İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə ərazisinə girişini məhdudlaşdırma ilə bağlı qəbul edilmiş 472 qərardan:

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı – 151

Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı - 321

Bunlardan 306-sı Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinin tələblərini pozmasına görə (Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə), 15-i Miqrasiya Məcəlləsinin digər maddələrinin tələblərinin pozulmasına görə olmuşdur.       

 

  • Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə bağlı- 15
  • Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlı – 17
  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı - 2

2018-ci ilin noyabr ayı ərzində DMX-nin “Çağrı mərkəzi”-nə 7171 zəng  daxil olmuşdur.

 

Regional miqrasiya idarələri