logo Aliyev
Azərbaycan vətəndaşlarının

Qətər Dövlətinin Bakıdakı səfirliyi təmsil etdiyi ölkəyə gətirilməsi qadağan olunmuş tütün məhsulları və onun əvəzedicilərinin siyahısını açıqlayıb.

Belə ki,

-hər hansı adda və formada nikotinli saqqız;

-elektron siqaret və elektron qəlyan, əvəzedici siqaret məhsulları;

-hər hansı adda və formada olan sərxoşedici preparatlar;

-siqaret satış avtomatları;

-tütün və tütün məhsullarının təbliği, reklamı və təşviqi materiallarının Qətər Dövlətinə gətirilməsi və qaçaqmalçılıq yolu ilə keçirilməsi qadağandır.

Qətərə gələrkən üzərində yuxarıdakı siyahıda olan maddələr tapılan müsafirlər qanuni məsuliyyət daşıyırlar.

 

Nəzərə almağınız xahiş olunur!