AZ EN RU
logo Aliyev
  İşəgötürənlərin NƏZƏRİNƏ!  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 14 mart tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın tələblərinə uyğun olaraq növbəti il üçün əcnəbi (və ya vətəndaşlığı olmayan şəxs) işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumatın Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə doldurulması ardıcıllığına dair

 

İ S T  İ Q A M Ə T L Ə N D İ R İ C İ

Növbəti il üçün əcnəbi (və ya vətəndaşlığı olmayan şəxs) işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat forması (əlavə olunur) Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə aşağıdakı ardıcılığla doldurulur:

Məşğulluq Təsnifatı üzrə peşələrin kodunu müəyyən etmək üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin internet səhifəsindəki (www.migration.gov.az) İŞ İCAZƏSİ - QAYNAR XƏTTbölməsindən daxil olaraq, “www.azstat.org/tesnifat” internet ünvanına keçid edilir.

Daha sonra oradakı təsnifatlardan “MƏŞĞULLUQ” altsistemini seçirsiniz. Axtardığınız vəzifənin kodunu müəyyən etmək üçün klaviaturada “Ctrl”  “F” düymələrini sıxaraq açılmış axtarış pəncərəsində peşənin adını yazın. Sonra klaviaturada ”Enter”düyməsini sıxmaqla axtardığınız peşənin təsnifat kodunu tapa biləcəksiniz.

Peşələrin Məşğulluq Təsnifat kodu müəyyən edildikdən sonra həmin peşələrin təsnifat kodları və adları proqnoz-məlumat formasının “əcnəbi işçi qüvvəsinin cəlb ounması nəzərdə tutulan müvafiq peşələr” qrafasında yerləşdirilir.

 

 

Regional miqrasiya idarələri