AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Latviya Respublikasında rəsmi səfərdə olmuşdur

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikası Daxili İşlər Nazirliyinin dəvəti ilə 5-10 sentyabr 2011-ci il tarixlərində bu ölkədə rəsmi səfərdə olmuşdur.

 

Xidmət rəisi səfər çərçivəsində Latviya Respublikasının Daxili İşlər Nazirliyinin Miqrasiya və vətəndaşlıq məsələləri İdarəsinin rəisi cənab Vilnis Ekabsonsla görüşmüşdür.

 

Görüşdə Azərbaycan və Latviya Respublikalarının miqrasiya orqanlarının ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyi vurğulanmış, həmçinin qarşılıqlı təcrübənin öyrənilməsi və digər perspektiv məsələlər müzakirə olunmuşdur.

Regional miqrasiya idarələri
Elanlar