AZ EN RU
logo Aliyev
“Miqrasiya” jurnalının növbəti sayı çapdan çıxmışdır

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi nəşri olan “Miqrasiya” jurnalının növbəti sayı işıq üzü görmüşdür.

 

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Prezidentinin Fərmanı ilə açılan jurnalda dövlət başçısının miqrasiya orqanları əməkdaşlarının təltif edilməsi barədə Sərəncamı və digər rəsmi məlumatlar yer almışdır.

 

Nəfis şəkildə tərtib olunmuş mətbu nəşrdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun “Miqrasiya prosesləri cəmiyyətin inkişaf göstəricilərindən biridir” sərlövhəli məqaləsi geniş oxucu kütləsinin marağına səbəb olacaqdır.  

 

Jurnalın bu sayında Dövlət Miqrasiya Xidmətinin 2010-cu ilin yekunlarına, Xidmətin yaradılmasının 4-cü ildönümünə, miqrasiya orqanları əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş silsilə yazılar verilmişdir.

 

Bununla yanaşı, Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Dövlət Miqrasiya Xidmətində keçirilmiş silsilə tədbirlər, eləcə də Xidmət rəisinin səfərləri, ölkəmizdə və xaricdə keçirdiyi görüşlər, Xidmət tərəfindən Azərbaycanın milli bayramları, ümumxalq hüzn günləri ilə əlaqədar təşkil olunmuş toplantılar barədə məlumatlar da dərc edilmişdir.

 

Mətbu nəşrdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaları, həmçinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq  icazələrin verilməsi qaydaları barədə məlumatlar da yer almışdır.

 

Jurnal Azərbaycan-rus və Azərbaycan-ingilis dillərində dərc edilmişdir.

 

Regional miqrasiya idarələri
Elanlar