AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətində BMT nümayəndəliyi ilə görüş keçirilmişdir

19 Oktyabr 2009-cu il tarixdə Dövlət Miqrasiya Xidmətində Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Terrorizmə qarşı Mübarizə Komitəsinin İcraçı Direktorluğunun direktor müavini cənab Hovard Stofferin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

 

Səmimi salamlanan qonaqlara Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə məlumat verilmiş, Azərbaycan Respublikasında miqrasiya proseslərinin tənzimlənməsi, qaçqınların hüquqi statusu, vətəndaşlıq, həmçinin dövlət sərhədlərində sərhəd nəzarəti  məsələləri müzakirə edilmişdir.

 

Daha sonra terrorizmə qarşı mübarizədə, o cümlədən terrorçuların dövlət sərhədlərini keçməsinin qarşısının alınmasında ən yüksək standartların tətbiq edilməsi  ilə bağlı tərəflər arasında geniş fikir mübadiləsi aparılmışdır. 

 

Görüşdə Dövlət Miqrasiya və Dövlət  Sərhəd xidmətlərinin, həmçinin Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak etmişlər.

Regional miqrasiya idarələri