AZ EN RU
logo Aliyev
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyun 2009-cu il tarixli 102 saylı Qərarına  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 avqust 2009-cu il tarixli 126 saylı Qərarı ilə dəyişikliklər edilmişdir

“Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi Qaydaları”nın təsdiq edilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamağa icazə verilməsi üçün əsas verən ölkə iqtisadiyyatına qoyulan investisiyanın məbləğinin və Azərbaycan Respublikasının   banklarına qoyulan pul vəsaitinin məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyun 2009-cu il tarixli 102 saylı Qərarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 avqust 2009-cu il tarixli 126 saylı Qərarı ilə dəyişikliklər edilmişdir.

Dəyişikliklərə əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti yaşamağa icazə verilməsi üçün əsas verən ölkə iqtisadiyyatına qoyulan investisiyanın məbləği 500.000 (beş yüz min) manat, Azərbaycan Respublikasının banklarına qoyulan pul vəsaitinin məbləği isə 50.000 (əlli min) manat məbləğində müəyyən edilmişdir.

Regional miqrasiya idarələri