AZ EN RU
logo Aliyev
Beynəlxalq Əmək Təşkilatının nümayəndələri ilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında görüş keçirilmişdir
Mayın 26-da Beynəlxalq Əmək Təşkilatının (BƏT) nümayəndələri ilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında görüş keçirilmişdir.
BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Subregional Bürosunun nümayəndəsi Nilim Barua məlumat verərək bildirmişdir ki, təmsil etdiyi təşkilat əsasən əməkçi miqrantlar və işə götürənlər arasında münasibətləri tənzimləyir. Dövlət Miqrasiya Xidməti ilə birgə layihə həyata keçirmək təşəbbüsünü irəli sürən Nilim Barua bu layihənin əsasən miqrasiyanın inkişafı, əmək miqrasiyasının tənzimlənməsi və əməkçi miqrantların hüquqlarının qorunması kimi məsələləri əhatə etdiyini demişdir.
Sözügedən layihə barədə geniş məlumat verən nümayəndələr layihənin birinci mərhələsinin miqrantların hüquqlarının müdafiəsinə, ikinci mərhələsinin miqrasiyanın tənzimlənməsində hökümətlərarası əlaqələrin gücləndirilməsinə, üçüncü mərhələsinin isə miqrasiyanın pozitiv nəticələrinin artırılmasına yönəldildiyini bildirmişlər.
Görüş zamanı ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə iqtisadiyyatın sürətli inkişafına nail olunduğu, nəticədə Azərbaycan Respublikasının miqrantlar üçün mənşə ölkəsindən təyinat ölkəsinə çevrildiyi qonaqların nəzərinə çatdırılmışdır.
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları həmçinin “Əmək miqrasiyası haqqında Qanun”un qəbul edildiyini, bu qanunda əməkçi miqrantların ailələri ilə əlaqədar bəndlərin də öz əksini tapdığını qeyd etmişlər.
Sonda səmimi qəbula görə təşkilat nümayəndələri xidmət əməkdaşlarına təşəkkürlərini bildirmişlər.
Regional miqrasiya idarələri