AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidməti ölkəmizdəki ali təhsil ocaqlarının nümayəndələri ilə onlayn görüş keçirib

Dövlət Miqrasiya Xidməti Təhsil Nazirliyi, eləcə də ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqlarının məsul əməkdaşları və nümayəndələri ilə videokonfrans formatında maarifləndirmə tədbiri keçirib.

Tədbirdə çıxış edən DMX-nin Miqrasiya proseslərini tənzimləmə baş baş idarəsinin rəis müavini, miqrasiya xidməti müşaviri Tamilla Hacıyeva koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə təhsil alan əcnəbi müəllim və tələbə heyəti üçün miqrasiya sahəsində tətbiq olunan güzəştləri diqqətə çatdırıb. Bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə faktiki yaşayış yeri üzrə qeydiyyata alınmalıdırlar. Respublikada müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi yaşayış yerini dəyişdikdə 10 gündən gec olmayaraq yeni yaşayış yeri üzrə qeydiyyata alınması üçün DMX-yə müraciət etməlidir.

Həmçinin xatırladıb ki, 60 günədək müvəqqəti olma müddəti uzadılmış əcnəbilər həmin müddət bitdikdən sonra belə müvəqqəti yaşama icazəsi üçün müraciət etdikdə, inzibati məsuliyyətə cəlb edilmirlər. Vətəndaşlar bununla, eləcə də miqrasiya qanunvericiliyi ilə bağlı suallarını Dövlət Miqrasiya Xidmətinin 919 - Çağrı mərkəzinə və onun “onlayn bələdçi” xidmətinə, Xidmətin rəsmi "Facebook", "İnstagram" və “Twitter” səhifəsi vasitəsilə də ünvanlayıb məlumat ala bilərlər.

Sonra elektron ərizə-anketlə bağlı təqdimat keçirilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Regional miqrasiya idarələri
Elanlar