AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin 2020-ci ilin I rübü üzrə statistik məlumatları

2020-ci ilin I rübü ərzində Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 3389 qərar qəbul edilib. 1685 qərar İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlıdır. Onlardan 1120-si cəriməni ödəməklə ölkə ərazisini tərk etmə, 565-i ölkə ərazisində yaşamanı qanuniləşdirmə barədədir.

Ölkə ərazisinə girişə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 1558 qərardan 351-i İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 1207-si Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə bağlı olub.

Müvəqqəti və daimi yaşamaq üçün icazə sənədinin itirilməsi ilə əlaqədar 69, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya ölkəmizdə yaşayan əcnəbilər, vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlı 28 qərar qəbul edilib.

48 qərar əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasını özündə əks etdirir.

I rüb ərzində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 40738 müraciət daxil olub. Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Müvafiq dövr ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 119874 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.

Regional miqrasiya idarələri
Elanlar