AZ EN RU
logo Aliyev
Azərbaycan Respublikası Miqrasiya və İnkişaf üzrə Qlobal Forumun Rəhbər Qrupuna üzv seçilib

Azərbaycanın milli və regional səviyyədə miqrasiyanın idarəedilməsi sahəsində qazandığı mühüm nailiyyətləri nəzərə alınaraq, Dövlət Miqrasiya Xidmətinin müraciəti əsasında ölkəmiz Miqrasiya və İnkişaf üzrə Qlobal Forumun Rəhbər Qrupuna üzv seçilib.

Qeyd edək ki, 2007-ci ildə təsis edilmiş Miqrasiya və İnkişaf üzrə Qlobal Forum miqrasiya və inkişaf məsələlərinin qlobal miqyasda müzakirə olunduğu, dövlətlər tərəfindən idarə olunan, məcburi xarakter daşımayan ən böyük qeyri-rəsmi prosesdir. Forumun məqsədi miqrasiya sahəsində mövcud regional məsləhətləşmələri dəstəkləməklə, milli, eləcə də beynəlxalq səviyyədə miqrasiya və inkişaf üçün inteqrə edilmiş yanaşmanı təşviq etməkdən ibarətdir. Hazırda 29 dövlətin təmsil olunduğu Rəhbər Qrup Forumun işinin ümumi strateji istiqamətləndirilməsini həyata keçirir, fəaliyyətdə olan sədrə davamlı siyasi və konseptual dəstək verir və prosesin davamlılığını təmin edir. Həmçinin ehtiyac olduqda, Forumun gündəliyinin və iş planının işlənib hazırlanması ilə əlaqədar Forumun sədrinə tövsiyələr verir.  

Forumun Rəhbər Qrupunda təmsilçilik ölkəmizin qlobal səviyyədə miqrasiya idarəçiliyində iştirakını təşviq edəcək, Azərbaycanın bu sahədə ən yaxşı təcrübələrinin bölüşdürülməsinə töhfə verəcək.

Regional miqrasiya idarələri
Elanlar