AZ EN RU
logo Aliyev
Hərəkət məhdudiyyəti ilə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin nəzərinə (yenilənib)

Əcnəbilər tərəfindən yaşayış yerinin tərk edilməsi məqsədilə icazə alınması üçün 8103-ə göndəriləcək mesajın mətn hissəsinə müvafiq ardıcıllıqla aşağıdakıların qeyd edilməsi tələb olunur:

  1. Yaşayış yerlərinin tərk edilməsi zərurəti ilə əlaqədar “Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemin”ə əsasən müəyyən edilmiş müvafiq kodlardan (rəqəmlərdən - 1, 2, 3) biri;
  2. OYQ, MOM, MYI, DYI - abreviaturalardan birinin qeyd olunması;
  3. Müvəqqəti (MYI) və ya daimi (DYI) yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi, müvəqqəti olma müddətinin (MOM) uzadılması barədə qərarın seriyası və nömrəsi, olduğu yer üzrə qeydiyyat (OYQ) barədə bildirişin (qeydiyyatın) nömrəsi.

Yuxarıda qeyd olunan şərtlər nəzərə alınmaqla, əcnəbilər tərəfindən yaşayış yerlərinin tərk edilməsi məqsədindən (1, 2, 3) asılı olaraq 8103 nömrəsinə göndəriləcək SMS mətninin nümunələri aşağıdakı kimidir:

  • 1(2,3)OYQ11111111
  • 1(2,3)MOM1111111
  • 1(2,3)MYI1111111
  • 1(2,3)DYI1111111

QEYD: rəqəmlər və hərflər arasında boşluq olmamalıdır. Yaşayış yerlərinin tərk edilməsi məqsədini müəyyən edən 1, 2 və 3 rəqəmlərindən yalnız biri qeyd olunmalıdır.

Regional miqrasiya idarələri
Elanlar