AZ EN RU
logo Aliyev
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin nəzərinə

Koronavirus infeksiyasının (COVİD-19) yayılması nəticəsində ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə elektron qaydada sənədlərin təqdim edilməsində bəzi güzəştlər edilib.
Belə ki, 30 aprel 2020-ci il tarixədək iş icazələrinin, müvəqqəti və daimi yaşama icazələrinin alınması (müddətinin uzadılması) ilə bağlı Dövlət Miqrasiya Xidmətinə edilmiş elektron müraciətlər zamanı notariat və ya ona bərabər tutulan qaydada təsdiq edilməsi nəzərdə tutulmuş müvafiq sənədləri təqdim edə bilməyən şəxslərin müraciətləri belə təsdiq olmadan da qəbul ediləcək.

Qeyd olunan sənədlər zəruri olduğu hallarda sonradan tələb oluna bilər.

Regional miqrasiya idarələri
Elanlar