AZ EN RU
logo Aliyev
Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 100 əcnəbi saxlanılıb

Son həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 100 əcnəbi saxlanılıb.

Saxlanılanlardan 10-unun qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi, 1-inin  qeydiyyat ünvanı üzrə ya­şa­madığı, digər 89 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.

Miqrasiya qanunvericiliyini pozan 81 nəfər barəsində inzibati qərarlar qəbul edilib. Digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Regional miqrasiya idarələri