AZ EN RU
logo Aliyev
Zaqatala rayonunda təşkil olunan səyyar xidmət

Əcnəbi  və  vətəndaşlığı olmayan  şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə edilən bütün növ müraciətlərin qəbulunu  yerində  və  operativ şəkildə həyata keçirmək məqsədilə  Zaqatalada səyyar xidmət  həyata  keçirilib.

Səyyar xidmətin imkanlarından 18  nəfər yararlanıb. Onlardan 7 nəfərə Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış, həmçinin 2 əcnəbi vətəndaşa inzibati tənbeh vermə haqqında qərarın surəti təqdim olunub. 4 nəfərdən isə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd qəbul edilib.

Bundan başqa, 5 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.

Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Regional miqrasiya idarələri
Elanlar