AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Çin Xalq Respubıikasının ölkəmizdəki səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə görüşüb.

Xidmət rəisi Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, yüksək səviyyəli görüşlərin əlaqələrimizin inkişafına mühüm töhfə verdiyini söyləyib.

Vüsal Hüseynov Azərbaycanın miqrasiya siyasəti, əcnəbilər üçün hər cür şəraitin yaradılması üçün ölkədə miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Səmimi qəbula görə təşəkkür edən səfir miqrasiya sahəsində görülən işlərin əhəmiyyətindən danışıb, bu istiqamətdə təcrübə mübadiləsinin önəmini diqqətə çatdırıb. Həmçinin ikitərəfli münasibətlərin bundan sonra da genişləndirilməsinə dəstək olacağını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Regional miqrasiya idarələri