AZ EN RU
logo Aliyev
Oktyabrda Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzində təşkil edilən kursda 95 əcnəbi iştirak edib

Cari ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün təşkil edilən  kursda 95 dinləyici iştirak edib.

Tədris kursu Miqrasiya Məcəlləsində müəyyən edildiyi kimi ölkəmizdə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dilinin leksikası və qrammatikası, tarixi və mədəniyyəti, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyi öyrənmələri məqsədilə təşkil edilir.

Dərslər 5 qrup olmaqla, 46 saat keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ölkə qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyin yoxlanılması üzrə keçirilən müsahibədə kurs dinləyicilərindən 82%-i müsbət nəticə göstərib.

Regional miqrasiya idarələri