AZ EN RU
logo Aliyev
“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

20 oktyabr - 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində elan olunan “Uşaq hüquqları aylığı” çərçivəsində Dövlət Miqrasiya Xidməti “Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyi ilə birgə tədbir keçirib. Məqsəd ölkədə uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişafına, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə töhfə verməkdir.

Tədbirdə qaçqın statusu almış 7 ailədən olan 10 yetkinlik yaşına çatmayan uşağa “Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyi tərəfindən psixoloji konsultasiyalar təşkil olunub.

Sonda Dövlət Miqrasiya Xidməti və “Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyi tərəfindən uşaqlara hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.

Regional miqrasiya idarələri