AZ EN RU
logo Aliyev
Miqrasiya Könüllülərinin Gənclik İnkişaf Forumunun növbəti qonağı Mətin Kərimli olub

Dövlət Miqrasiya Xidmətinin və Miqrasiya Könüllüləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində “Gənclik İnkişaf Forumu”nun II toplantısı keçirilib.

Tədbirin qonağı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli olub.

Nazir müavini “Xaricdə təhsil və karyera” mövzusunda çıxış edib. O, xaricdə təhsilin müsbət və mənfi cəhətləri, karyera qurmaq üçün düzgün ixtisas seçiminin vacibliyi, uğurlu karyera üçün əsas amillər, peşəkar inkişaf, gənclərin məşğulluğu, eləcə də bu kimi mövzuları əhatə edən geniş təqdimatı iştirakçıların diqqətinə çatdırıb. Daha sonra gəncləri maraqlandıran sualları cavablandırıb. Səmimi və dinamik keçən görüşdə Mətin Kərimli fərqlənən gənclərə kitablar hədiyyə edib.

Regional miqrasiya idarələri