AZ EN RU
logo Aliyev
Zaqatalada səyyar xidmət təşkil edilib

Dövlət Miqrasiya Xidmətinə edilən bütün növ müraciətlərin yerində və operativ şəkildə həlli məqsədilə Şəki Regional Miqrasiya İdarəsi tərəfindən Zaqatalada səyyar xidmət təşkil edilib. Miqrasiya Könüllülərinin də yaxından iştirak etdiyi səyyar xidmətin imkanlarından 38 nəfər yararlanıb.

3 əcnəbi və vətəndaşlığı olmayan şəxsə müvəqqəti yaşama icazəsi, 13 nəfərə isə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd verilib. 16 nəfər vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə əlaqədar arayış almaq üçün müraciət edib. 6 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı sənədlərin siyahısı təqdim olunub.

Bölgələrdə səyyar xidmətlərin təşkili bundan sonra da davam etdiriləcək.

Regional miqrasiya idarələri
Elanlar