AZ EN RU
logo Aliyev
“Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin Azərbaycan cəmiyyətinə sosial-mədəni inteqrasiyası” layihəsinin icrasına Miqrasiya Könüllüləri də cəlb olunublar

“Gələcəyə Qayğı” Regionların Sosial İqtisadi İnkişafına Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 5-ci qrant müsabiqəsinin qalibi olmuş “Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin Azərbaycan cəmiyyətinə sosial-mədəni inteqrasiyası” layihəsi çərçivəsində iştirakçılar Azərbaycan dilinin tədrisi və peşə kurslarına cəlb olunmaqla yanaşı, həm də ölkəmizlə yaxından tanışlıq imkanı qazanacaqlar. Belə ki, layihə çərçivəsində əcnəbilər və qaçqın statusu verilmiş şəxslər Azərbaycanın tarixi yerləri və mədəni abidələri ilə tanış olacaqlar.

Təqdimat mərasimində layihə iştirakçılarının yerli cəmiyyətə inteqrasiyası üçün dil və peşə kurslarının əhəmiyyəti vurğulanıb, müxtəlif mədəni tədbirlərin təşkili bu istiqamətdə faydalı addım kimi qiymətləndirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin Azərbaycan cəmiyyətinə sosial-mədəni inteqrasiyası” layihəsinin icrasında “Miqrasiya Könüllüləri” də yaxından iştirak edəcəklər.

Regional miqrasiya idarələri
Elanlar