AZ EN RU
logo Aliyev
Sülh aylığı çərçivəsində tədbirlər davam etdirilir

Lənkəran regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Lerik rayonunda Sülh aylığı çərçivəsində “Sülh dayanıqlı inkişafın və insan hüquqlarının təminatıdır” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Heydər Əliyev mərkəzində təşkil olunan tədbirdə 21 sentyabr - Beynəlxalq Sülh Günü haqqında məlumat verilib. Bildirilib ki, insan hüquqları, sülh və dözümlülük mədəniyyətinin təbliği, əhalinin hüquqi cəhətdən maarifləndirilməsi, onların hüquq düşüncəsinin və mədəni səviyyəsinin yüksəldilməsi demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafına təkan verən ən mühüm amillərdəndir.

Qeyd edilib ki, sülh günü nəinki xalqlar arasında, həmçinin ailələrdə, cəmiyyətdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir imkandır.

Görüş zamanı Miqrasiya Məcəlləsinə edilmiş son dəyişikliklər barədə də məlumatlar verilib.

Tədbir çərçivəsində, həmçinin Lənkəran regional miqrasiya idarəsi tərəfindən səyyar xidmət təşkil edilib. 2 nəfərə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə arayış, 3 nəfərə isə müvəqqəti yaşama icazəsi ilə bağlı tələb olunan sənədlərin siyahıları təqdim olunub.

Regional miqrasiya idarələri