
2019-cu ilin iyul ayı ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətində (DMX) 105032 müraciət qeydə alınıb.
Ay ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətinin uzadılmasına görə isə 8249 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun araşdırılıb və müvafiq qərarlar qəbul olunub.
İyul ayında ölkə ərazisində keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən respublikamızın miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar DMX tərəfindən 1425 qərar qəbul edilib.
Qərarlardan 798-i İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq edilməklə bağlı olub. Onlardan 548-i ölkəni tərk etmə, 250-si ölkə ərazisində yaşamalarını qanuniləşdirmə barədədir.
Ölkə ərazisinə girişə məhdudiyyət qoyulma ilə bağlı qəbul edilmiş 569 qərardan 75-i İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə respublikanın hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma, 494-ü isə Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması ilə bağlı olub.
39 qərar müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin itirilməsi, 5-i əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya respublikamızda yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada, onların vaxtında olduğu yer üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması üçün tədbirlərin görülməməsi ilə bağlıdır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması ilə bağlı 12, qanunvericiliyin digər müddəalarının tələblərinin pozulması ilə bağlı 2 qərar qəbul edilib.
Ölkəmizdə miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə DMX tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.

-
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar 2019-cu ilin noyabr ayının 18-dən dekabr ayının 16-dək Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə ELAN EDİR
Ali təhsilə malik olan Azərbaycan Respublikası...
-
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti “Miqrasiya Məktəbi - 2” layihəsinə başlayır və bununla əlaqədar müsabiqə ELAN EDİR
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti “Miqrasiya...
-
Müsahibəyə dəvət olunan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin SİYAHISI!
Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması...
-
İşəgötürənlərin NƏZƏRİNƏ!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il...
-
Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilərin NƏZƏRİNƏ !
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris...