AZ EN RU
logo Aliyev
Ağsu regional miqrasiya idarəsi tərəfindən səyyar xidmət təşkil edilib

Vətəndaş məmnunluğunun təmini məqsədilə Ağsu  regional  miqrasiya  idarəsinin xidməti ərazisinə daxil olan İsmayıllı rayonunda növbəti səyyar xidmət  təşkil edilib. Səyyar xidmətin imkanlarından 8 nəfər yararlanıb.

Ağsu  regional  miqrasiya  idarəsinə müraciət etmiş 2 nəfərə daimi, 1-inə isə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilib. 1 nəfərə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi, daha 1-inə isə ölkədə daimi yaşamaq icazəsi almaq üçün tələb olunan sənədlərin siyahısı təqdim olunub. 3 şəxs miqrasiya qanunvericiliyində edilmiş dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılıb.

Ağsu  regional  miqrasiya  idarəsinin  xidməti ərazisinə  daxil  olan rayonlarda səyyar xidmət davam etdirilir.

Regional miqrasiya idarələri