AZ EN RU
logo Aliyev
2018-ci il ərzində Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə 103741 zəng daxil olub.

Onlardan 93224-ü Azərbaycan, 9775-i rus, 742-si isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 6415-i daimi yaşama icazəsi, 19744-ü müvəqqəti yaşama icazəsi, 10843-ü olduğu yer üzrə qeydiyyat, 10670-i vətəndaşlıq məsələləri, 4869-u iş icazələri, 4339-u inzibati xəta, 46861-i isə digər məsələlər ilə əlaqədar olub.

İl ərzində Dövlət Miqrasiya Xidmətinə 1704 zəng sifarişi daxil olub. Daxil olmuş zəng sifarişləri ilə əks əlaqə yaradılıb və qanunvericiliyə müvafiq qaydada suallar cavablandırılıb.

Regional miqrasiya idarələri