
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Türkiyədə 86, dünyanın 74 ölkəsində isə 194-dən çox ofisi fəaliyyət göstərən Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsinin idarə heyətinin üzvləri ilə görüşüb.
Görüşdə miqrasiya ilə bağlı məsələlər, biznes və investisiya mühitinin yaxşılaşdırlması istiqamətində görülən tədbirlər haqqında fikir mübadiləsi aparılıb.
V.Hüseynov DMX-nin fəaliyyəti haqqında geniş məlumat verib. Ölkəmizdə iş adamalarına, sahibkarlara yaradılan şəraitdən bəhs edib.
Xidmət rəisi Azərbaycanda miqrasiya sahəsində yeniliklərdən söhbət açıb. Bildirib ki, bu yeniliklərdən biri bundan sonra əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron qaydada əmək vizası almaq imkanının yaradılmasıdır.
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsinin idarə heyətinin sədri Abdurrahman Uzun və başqaları səmimi görüşə və iş adamlarına, əməkçi miqrantlara göstərilən diqqətə görə minnətdarlıq ediblər. Bildirilib ki, dünyanın müxtəlif ölkələrində yeni şöbələrini açan MÜSİAD-ın Azərbaycan şöbəsi artıq bir ildir ki, Bakıda fəaliyyətə başlayıb. MÜSİAD Azərbaycana üzv olan şirkətlər inşaat, maliyyə, xidmət, kənd təsərrüfatı, mətbəə sahəsində fəaliyyət göstərir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi olub.




-
Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar elan olunmuş müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmiş namizədlərin nəzərinə!
Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla...
-
"Miqrasiya idarəçiliyi" mövzusunda həftəsonu təlimi keçiriləcək
8-9 dekabr 2018-ci il tarixlərdə Bakı...
-
Müsahibəyə dəvət olunan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin SİYAHISI!
Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması...
-
İşəgötürənlərin NƏZƏRİNƏ!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il...
-
Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilərin NƏZƏRİNƏ !
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris...