AZ EN RU
logo Aliyev
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) tərəfindən həyata keçirilən layihə

  1. “Geri qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya dəstəyi (RESTART)” layihəsi

            Dövlət Miqrasiya Xidmətinin benefisiarı olduğu və MSİBM tərəfindən həyata keçirilən RESTART layihəsinin icrasına 1 yanvar 2019-cu il tarixdən başlanılmışdır. Büdcəsi 200.000 avro təşkil edən layihə Almaniya Federativ Respublikasının Daxili İşlər Nazirliyi, Niderland Krallığı Ədliyyə və Təhlükəsizlik Nazirliyinin Repatriasiya və Deportasiya Xidməti və Polşa Respublikasının Daxili İşlər və Administrasiya Nazirliyi tərəfindən birgə maliyyələşdirilir.

            18 aylıq müddəti əhatə edəcək layihənin məqsədi Azərbaycan vətəndaşlarının Avropa İttifaqının Üzv Dövlətlərindən (Aİ ÜD) davamlı qayıdışını və reinteqrasiyasını asanlaşdırmaq üçün Azərbaycanda dövlət qurumlarının və vətəndaş cəmiyyətinin reinteqrasiya sahəsində potensiallarını gücləndirməklə Aİ ilə Readmissiya Sazişinin icrasını dəstəkləməkdən ibarətdir.

            Layihə çərçivəsində tərəfdaşların görüşü keçirilmiş, “Aİ ÜD-dən qayıdan Azərbaycan vətəndaşlarının Reinteqrasiyasına dair Təlimatlar” hazırlanmış, Azərbaycan və ingilis dillərində məlumat lifletləri nəşr olunaraq geri qayıdan Azərbaycan vətəndaşları arasında paylanılmış, bu şəxslərə reinteqrasiya dəstəyini göstərmək məqsədilə qeyri-hökumət təşkilatları arasında 1 reinteqrasiya koordinatoru və 2 mentor vəzifələri üzrə vakansiya elan edilmiş, qalib QHT-lər müəyyən edilmiş və onlarla əməkdaşlıq qurulmuşdur. Layihə çərçivəsində geri qayıtmış ən azı 50 nəfər həssas qrupa daxil Azərbaycan Respublikası vətəndaşına reinteqrasiya yardımının göstərilməsi nəzərdə tutulmuşdur.

  1. “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBILAZE)“ layihəsi

2013-cü il dekabrın 5-də Brüssel şəhərində “Azərbaycan Respublikası, Avropa İttifaqı (Aİ) və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə” imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 6 mart 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. 2015-ci ildə Aİ Azərbaycan Respublikasının razılığı ilə Birgə Bəyannamədən irəli gələn “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBİLAZE) layihəsinin icrasını Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzə (MSİBM) həvalə etmişdir.

Layihənin əsas məqsədi miqrasiya sahəsində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi üçün hökumətin potensialının artırılmasına xüsusi diqqət yetirməklə, Avropa İttifaqı ilə Azərbaycan arasında Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsini dəstəkləməkdən ibarət olmuşdur.

            MOBİLAZE layihəsinin həyata keçirilməsi üçün 31 dekabr 2015-ci il tarixdə Aİ və MSİBM arasında saziş imzalanmışdır. 15 yanvar 2016-cı il tarixdən icrasına başlanılan layihə 14 iyul 2019-cu il tarixdə tamamlanmışdır. Layihəyə Aİ-nin 7 ölkəsindən (Bolqarıstan Respublikası, Çex Respublikası, Latviya Respublikası, Litva Respublikası, Niderland Krallığı, Polşa Respublikası, Slovakiya Respublikası) 9  qurum cəlb olunmuşdur. 2016-cı ilin mart ayından layihənin Bakı ofisi fəaliyyətə başlamışdır. 5 komponentdən ibarət olan layihənin ümumi büdcəsi 2.5 milyon avro təşkil edir.

            Layihənin komponentləri:

            Komponent 1 – Məlumatlı miqrasiya siyasətinin hazırlanması üçün analitik səriştənin qurulması;

            Komponent 2 – Azərbaycana və Azərbaycandan digər ölkələrə qanuni miqrasiya;

            Komponent 3 - Sənədlərin təhlükəsizliyi;

            Komponent 4 – Sığınacaqla bağlı qərarların qəbul edilməsi prosedurunun təkmilləşdirilməsi;

            Komponent 5 - Geri qayıdış və reinteqrasiya.

            Müvafiq dövr ərzində layihə çərçivəsində müxtəlif mövzularda təlimlər, seminarlar, təcrübə səfərləri və görüşlər təşkil olunmuşdur.

            MOBİLAZE layihəsi çərçivəsində, həmçinin “Aralıq hesabatlar”, “Azərbaycan Respublikasında qanuni və əmək miqrasiyası mexanizmlərinin təhlilinə dair qiymətləndirmə hesabatı”, “Azərbaycanın əmək bazarında əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən olunmasına dair hesabat”, “Azərbaycanda miqrasiyanın vəziyyətinə dair tədqiqat hesabatı”, “Azərbaycanda readmissiya və reinteqrasiya məsələlərinin təhlilinə dair hesabat”, “Sənədlərin təhlükəsizliyi və həqiqiliyinin yoxlanılmasına dair təlim kurrikulumu və distant elektron vəsait”, “Azərbaycanda qaçqınların inteqrasiya siyasəti üzrə Yol xəritəsinə dair tövsiyələr”, “Sərhəd nəzarəti üçün cib lüğəti” və digər önəmli sənədlər hazırlanmışdır. Bununla yanaşı, “Yerdəyişmə üzrə Tərəfdaşlıq” adlı 6 informasiya bülleteni, “Aİ-də təhsil almaq üçün Azərbaycanı tərk etməzdən öncə nələri bilməyinizə ehtiyac var” adlı məlumat kitabçası, “Xaricdə yaşadıqdan və Azərbaycana qayıtdıqdan sonra nəyi bilməlisiniz” adlı məlumat broşürü nəşr olunaraq tərəfdaşlar arasında paylanmışdır.

            Layihə çərçivəsində həyata keçirilmiş önəmli tədbirlər sırasında Bakı şəhərində keçirilən Yerdəyişmə üzrə Tərəfdaşlıq konfranslarını, Azərbaycanda və Gürcüstanda təşkil olunan “Miqrasiya araşdırması üzrə beynəlxalq yay məktəb”lərini, MSİBM-in baş direktoru cənab Mixael Şpindeleggerin dəvəti əsasında Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyətinin 2016-cı ilin noyabr ayında keçirilən Vyana Miqrasiya Konfrasında iştirakını, eləcə də 2017-ci ildə Avstriya və Almaniya Federativ Respublikasına rəsmi səfərlərini, həmçinin 2019-cu ildə cənab Şpindeleggerin Dövlət Miqrasiya Xidmətinin rəisinin dəvəti əsasında Azərbaycana səfərini, sənədlərin təhlükəsizliyinə dair təlimçilərin təlimlərini qeyd etmək etmək olar.  

             

Regional miqrasiya idarələri