Rəsmi sayt
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, migration.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçılarının siyahısı
Rəsmi sayt
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

"Miqrasiya Məktəbi 8" layihəsinə start verilir


Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən “Miqrasiya Məktəbi - 8” layihəsinə başlanılır və bununla əlaqədar müsabiqə elan edilir.

Ali təhsil müəssisələrinin hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər, regionşünaslıq, coğrafiyaşünaslıq, tarix, şərqşünaslıq, avropaşünaslıq, amerikaşünaslıq, tərcüməçilik, jurnalistika, turizm, dövlət idarəçiliyi və sosiologiya, dövlət və ictimai münasibətlər, dövlət qulluğunun təşkili və idarə edilməsi sahələri üzrə yuxarı kurslarda və ya magistr pilləsində təhsil alan, habelə ali təhsilini yeni bitirmiş gənclər Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən “Miqrasiya Məktəbi – 8” layihəsində iştirak üçün dəvət olunur.

Məktəb barədə ətraflı məlumatı Konsepsiya Sənədindən əldə edə bilərsiniz. 
İştirakçılar proqram çərçivəsində miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri və aidiyyəti beynəlxalq tərəfdaşlar barədə məlumat almaq, Azərbaycanda miqrasiyanın idarəolunması mexanizmi və hüquqi çərçivə ilə bağlı nəzəri və praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaqlar.

Şərtlərə uyğun gələn, təlim proqramında iştirak etmək arzusu olan şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

İlkin seçimdən keçmiş şəxslər müsahibə üçün dəvət olunacaq.

Proqramda iştirak üçün sənədlər 9 dekabr 2025-ci il tarixədək elektron poçt (migrationschool@migration.gov.az) vasitəsilə qəbul olunur.

Səhifənin son yenilənmə tarixi: 06.12.2020


© 2026 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti