Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya üzv olmaq istəyən namizədlərin qeydiyyatına başlanılır


“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa, bu Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq namizədlərin qeydiyyatına başlanılır.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvlərinin seçilməsi məqsədi ilə vətəndaş cəmiyyəti institutlarının namizədlərinin qeydə alınması 7 may 2021-ci il tarixdən 20 iş günü müddətində davam edəcək.

 

Namizədlərə aid tələblər:

  1. Şuraya irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, miqrasiya sahəsində təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının fəaliyyət qabiliyyətli vətəndaşı üzv ola bilər.
  2. Hər bir vətəndaş cəmiyyəti institutu, qanuna görə İctimai Şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürməlidir.
  3. İctimai Şuranın üzvlüyünə irəli sürülən namizəd aşağıdakı sənədləri təqdim etməlidir:

3.1. Şəxsiyyət vəsiqəsinin surəti

3.2. Tərcümeyi-hal

3.3. Hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda, həmin üzvlüyü təsdiq edən sənədin surəti

  1. Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.
  2. Yuxarıda göstərilən şərtlərə uyğun olmayan şəxslərin namizədliyinin qeydə alınmasına imtina ediləcək.
  3. İctimai Şura üzvlərinin say həddi 9 nəfər müəyyən olunub.
  4. İctimai Şuraya namizədliyi irəli sürülmüş şəxsin qeydiyyatına Seçki Komissiyası tərəfindən üç iş günü müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək.
  5. İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra bir ay müddətində keçiriləcək.
  6. Şura üzvlüyünə seçkilərin təşkili və üzvlərin təsdiqi9 nəfərdən ibarət Seçki Komissiyasının üzvləri tərəfindən həyata keçiriləcək.
  7. Namizədlər tələb olunan sənədləri 2021-ci ilin may ayının 7-dən 9 iyun tarixinə qədər rəsmi iş günləri saat 10:00-dan 18:00-dək Dövlət Miqrasiya Xidmətinə (Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202. Metronun "Azadlıq Prospekti" stansiyasının yaxınlığı) şəxsən və ya info@migration.gov.az elektron poçtu vasitəsilə təqdim etməlidirlər.

Qeyd: Əlavə məlumat əldə etmək üçün (012) 565 61 19  (daxili 423 və ya 522) nömrəli telefonla əlaqə saxlanıla bilər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur