Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədəuserSevinc Mestiyeva512017-11-10T06:35:00Z2017-12-25T08:22:00Z2018-11-07T11:14:00Z510786145Home5114720915“Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədəAZƏRBAYCAN RESPUBLİKASININ QANUNUAzərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:“Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2017-ci il avqustun 18-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.İlham ƏLİYEV,Azərbaycan Respublikasının PrezidentiBakı şəhəri, 1 dekabr 2017-ci il№894-VQAzərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli DövlətininHökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malikşəxslərin viza tələbindən azad edilməsi haqqındaSAZİŞBundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti,ikitərəfli münasibətlərini gücləndirmək arzusu və dostluq, əməkdaşlıq və anlaşma əlaqələrini dərinləşdirmək və bu əlaqələrə töhfə vermək üçün qarşılıqlı qətiyyətlərindən ruhlanaraq,dövlətlərinin etibarlı diplomatik və rəsmi/xidməti pasportlara malik vətəndaşlarının daxilolma, tərketmə, tranzit keçmə və ya orada qalmalarının asanlaşdırılmasını arzu edərək,iki ölkə arasında dostluq münasibətlərini təşviq etmək və öz dövlətlərinin etibarlı diplomatik və rəsmi/xidməti pasportlara malik olan vətəndaşlarının səfərlərini və müvafiq vəzifələrini asanlaşdırmaq məqsədilə, aşağıdakılar barədə razılığa gəldilər:Maddə 1MəqsədRazılığa gələn Tərəflərdən birinin dövlətinin etibarlı diplomatik və rəsmi/xidməti pasportlara malik olan vətəndaşlarının digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə daxil olmaq, oranı tərk etmək, tranzit keçmək və ya orada hər yüz səksən (180) günlük müddət ərzində doxsan (90) gündən artıq olmayan müddətə qalması üçün viza əldə etmək tələb olunmur.Maddə 2AnlayışlarBu Sazişin 1 -ci maddəsində qeyd edilmiş şəxslərin qalma müddətinin uzadılması ölkədaxili qanunvericiliyə uyğun olaraq qəbul edən dövlətin səlahiyyətli orqanları tərəfindən digər Razılığa gələn Tərəfin dövlətində akkreditə olunmuş diplomatik nümayəndəliyin və ya konsulluğun yazılı sorğusu əsasında təmin edilməlidir.Maddə 3Vizadan azadetmə qaydaları1. Razılığa gələn Tərəflərdən hər birinin dövlətinin digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində diplomatik missiya və ya konsulluq ofisi və ya beynəlxalq təşkilatlara təyin olunmuş - etibarlı diplomatik, rəsmi və ya xidməti pasportlara malik olan vətəndaşları və onların diplomatik, rəsmi və ya xidməti pasportlara malik olan ailə üzvləri təyinat müddətləri ərzində digər Razılığa gələn Tərəfin ərazisinə daxil olmaq, oranı tərk etmək, tranzit keçmək və ya orada qalmaq üçün viza tələblərindən azad edilirlər.2. Bu maddənin 1-ci bəndində istinad olunan şəxslər qəbul edən dövlətin səlahiyyətli hakimiyyət orqanları tərəfindən, sonuncunun qüvvədə olan milli qanunvericiliyinə uyğun olaraq akkreditə olunurlar.Maddə 4Sərhəd keçid məntəqələriRazılığa gələn Tərəflərdən hər birinin dövlətinin etibarlı diplomatik, rəsmi və ya xidməti pasportlara malik olan vətəndaşları digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə beynəlxalq səyahət üçün açıq olan dövlət sərhəd buraxılış məntəqələrindən daxil olur və oranı tərk edirlər.Maddə 5Məlumat mübadiləsiRazılığa gələn Tərəflər bu Sazişin qüvvəyə minməsinə ən azı (30) gün qalmış hazırda istifadədə olan müvafiq diplomatik, rəsmi və xidməti pasportlarının nümunələrini bu sənədlərin müfəssəl təsviri ilə birlikdə diplomatik kanallar vasitəsilə bir-birlərinə təqdim edirlər. Razılığa gələn Tərəflərin hər biri yuxarıda qeyd olunan pasportların görünüşündə edilmiş dəyişikliklər barədə onların dövriyyəyə buraxılmasından sonra otuz (30) günlük müddət ərzində digər Razılığa gələn Tərəfə diplomatik kanallar vasitəsilə məlumat verməli və yeni pasportların nümunəsini təqdim etməlidir.Maddə 6Qanunvericiliyə riayət olunmasıBu Saziş Razılığa gələn Tərəflərdən birinin dövlətinin etibarlı diplomatik və rəsmi/xidməti pasportlara malik olan vətəndaşlarının digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində qüvvədə olan qanun və qaydalara riayət etmək öhdəliyinə təsir etmir.Maddə 7Pasport məlumatları1. Bu Saziş, Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarının digər Razılığa gələn Tərəfin dövlətinin “persona non grata ” hesab edilən hər hansı vətəndaşına öz dövlətinin ərazisinə daxil olmaq icazəsi verməkdən imtina etmək və ya həmin şəxsin orada qalmasını dayandırmaq hüququna təsir etmir.2. Göndərən Razılığa gələn Tərəfin dövlətinin diplomatik, rəsmi və ya xidməti pasportlara malik olan vətəndaşları, qəbul edən Razılığa gələn Tərəfin dövlətində olduqları zaman pasportlarının müddəti bitdikdə, pasportları itdikdə, oğurlandıqda və ya zərər gördükdə, daimi yaşadıqları dövlətin diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilmiş yeni pasportlarla və ya onların şəxsiyyətini təsdiq edən və daimi yaşadıqları dövlətə qayıtmaq hüquqlarını dəstəkləyən müvafiq sənədlərlə ölkəni tərk edə bilərlər.Maddə 8Fikir ayrı|ıqlannm həlliBu Sazişin təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək hər hansı fikir ayrılığı Razılığa gələn Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.Maddə 9Əlavə və dəyişikliklərBu Sazişə Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə hər hansı əlavə və dəyişikliklər edilə bilər.Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 10-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.Maddə 10Qüvvəyəminmə və ləğvetmə1. Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsini təsdiq edən Razılığa gələn Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən otuz (30) gün sonra qüvvəyə minir.2. Bu Saziş beş (5) il müddətinə bağlanılır və Razılığa gələn Tərəflərdən hər hansı biri digər Razılığa gələn Tərəfə ən azı altı ay əvvəlcədən diplomatik kanallar vasitəsilə bu Sazişi ləğv etmək niyyətini əks etdirən yazılı bildiriş təqdim etmədiyi təqdirdə, avtomatik olaraq növbəti 5 (beş) illik müddətlərə qüvvədə qalır.3. Razılığa gələn Tərəflərdən hər hansı biri digər Razılığa gələn Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə milli təhlükəsizlik, ictimai asayiş və ya sağlamlıq səbəbindən bu Sazişin qüvvəsinin müvəqqəti olaraq qismən və ya tam olaraq dayandırılmasını xahiş edə bilər, bu dayandırma sonuncunun belə bildiriş almasından 1 (bir) həftə sonra qüvvəyə minəcəkdir. Dayandırma aradan qaldırıldıqda hər bir Razılığa gələn Tərəf eyni qaydada hərəkət edir.Bakı şəhərində 18 avqust 2017-ci il tarixində, Azərbaycan, ispan və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri zamanı hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.Azərbaycan RespublikasıBoliviya Çoxmillətli DövlətininHökuməti adındanHökuməti adından(imza)(imza)