logo Aliyev

Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə Qərbi Azərbaycanın Dərələyəz mahalında anadan olmuşdur. 1988-ci ildə İvanovo şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1988-ci ilin avqust ayından Azərbaycan Respublikasının Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır. 24 sentyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.

1 iyul 2003-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin 1286 saylı Sərəncamı ilə Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 15 avqust 2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin 1613 saylı Sərəncamı ilə general-mayor ali hərbi rütbəsinə layiq görülmüşdür. 16 yanvar 2008-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2627 saylı Sərəncamı ilə Dövlət Sərhəd Xidməti rəisinin 1-ci müavini –Sərhəd Qoşunlarının Baş Qərargah rəisi vəzifəsinə təyin edilmişdir. 13 fevral 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2050 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir. 6 mart 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2078 saylı Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir. 18 mart 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 1118 saylı Sərəncamı ilə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilmişdir. Xidmət etdiyi dövrdə 15 medal, 2 orden – Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə III dərəcəli “Vətənə xidmətə görə” və “Azərbaycan bayrağı” ordenləri ilə təltif olunmuşdur. Ailəlidir, iki övladı var.